Nəriman Axundzadə ABŞ-nin bu klubuna keçdi - RƏSMİ
"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan çempionunun rəsmi saytında bildirilib.
"Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaqdır", - deyə "köhlən atlar"dan vurğulanıb.
Qeyd edək ki, Nəriman Axundzadə 2022-ci ildən "Qarabağ"ın əsas komandasındadır. 21 yaşlı hücumçu 2023-cü ildən isə Azərbaycan millisinə dəvət alır.
Oxşar xəbərlər
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar. BAKU.WS-in məlum...