Nigar Camal "Barbie"ni təqdim etdi

Nigar Camal Barbieni təqdim etdi
Video
Şou-biznes 244

"Avroviziya" qalibimiz Nigar Camal yeni mahnısı "Barbie"ni təqdim edib.

BAKU.WS xəbər verir ki, sözləri Xətali Əli, Clavis və OGB-yə, musiqisi isə Kazım Cana məxsus olan mahnı müasir pop üslubunda hazırlanıb. Layihə üçün kamera qarşısına keçən sənətçi klipdə "Barbi" obrazını canlandıraraq üç fərqli geyimdə tamaşaçı qarşısına çıxıb.

Klipdə "Ken" roluna gənc model Məhərrəm Ramazanov həyat verib.

Qeyd edək ki, "Barbi" obrazı ilk dəfə 1959-cu ildə yaradılıb və illər ərzində təkcə oyuncaq deyil, həm də "azadlıq, güclü qadın obrazı və özünüifadə simvolu" kimi təqdim olunub.

Zamanla Barbi obrazı klassik "kukla" anlayışından çıxaraq müxtəlif peşələri, həyat tərzlərini və fərqli qadın rollarını təmsil etməyə başlayıb.

Nigar Camalın klipdə Barbi obrazına müraciəti də qadının fərqli tərəflərini, dəyişkənliyini və özünəinamını vurğulayan vizual mesaj kimi dəyərləndirilir.

Vüsal Həsənin rejissorluğu ilə ərsəyə gələn ekran işi artıq rəqəmsal platformalarda yayımlanır.

Klip üzərində 30-dan çox komanda üzvü çalışıb. Layihə həm musiqi, həm də vizual baxımdan diqqət çəkən pop işi kimi təqdim olunur.

Son xəbərlər