Neftin qiyməti dünya bazarında bahalaşıb
Dünya bazarında Azərbaycan neftinin "Azeri Light" markasının qiymətində artım qeydə alınıb. Bir barelin dəyəri 0,51 dollar və ya 0,72 faiz bahalaşaraq 71,21 dollara yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların yekununa əsasən, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 72,11 dollar səviyyəsində formalaşıb.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir bareli isə 0,53 dollar və ya 0,78 faiz artaraq 68,72 dollara çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu marka üzrə hasilat "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi müqaviləsi çərçivəsində aparılır və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.
Oxşar xəbərlər
İstehlak Mallarının Ekspertizası Mərkəzinə yeni direktor təyin edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mə...