Azərbaycan iqtisadiyyatı amerikalı investorlar üçün cəlbedicidir - Kuş Çoksi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün olduqca cəlbedicidir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.
O qeyd edib ki, nümayəndə heyətinin tərkibində Azərbaycana böyük şirkətlər qrupu gəlib:
"Burada energetikadan tutmuş, telekommunikasiyaya qədər müxtəlif sahələri təmsil edən şirkətlər var".
K. Çoksi vurğulayıb ki, heyətdə iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edən 31-dən çox şirkət 60-dan çox nümayəndə ilə təmsil olunur.
"Bakıda keçirdiyimiz dünənki gün bizim üçün olduqca məhsuldar oldu və biz bu gün də eyni dərəcədə nəticəli iş gözləyirik", - deyə Çoksi əlavə edib.
Oxşar xəbərlər
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
SOCAR-ın prezidenti Rövşən Nəcəf "Honeywell Technologies" şirkətinin strategiya üzrə prezidenti, qlobal regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant...