ABŞ vitse-prezidentinin İrəvan və Bakıya səfəri niyə tarixi sayılır?

ABŞ vitse-prezidentinin İrəvan və Bakıya səfəri niyə tarixi sayılır?
Video
Siyasət 12

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Azərbaycan Rusiya ilə diplomatik gərginlik yaşayıb. Buna səbəb Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin tərəfindən keçmiş Dağlıq Qarabağ rəsmilərinin məhkəməsi barədə səsləndirilən tənqidi bəyanatlar olub. K.Zatulin bu məhkəməni "hesablaşma", yəni şəxsi qisas kimi qiymətləndirərək siyasi motivli olduğunu iddia edib.

"Reuters" bu barədə xəbəri təqdim edib.

Bildirilib ki, bununla əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın səfirini çağırıb və K.Zatulinin açıqlamalarını qəbuledilməz sayaraq bu cür bəyanatların regionda sülh və sabitliyi sarsıda biləcəyini bildirib.

"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri tarixi və simvolik hadisədir".

Ermənistanın "Armtimes" nəşri xəbər verir ki, bunu erməni siyasi ekspert Samvel Meliksetyan deyib.

"İndiyədək ABŞ-dən Ermənistan və Azərbaycana bu səviyyədə səfər olmayıb", - deyə o bildirib.

Son xəbərlər