Uşaqların tərbiyəsində əsas məsuliyyəti kim daşıyır?
Uşaqların zərərli internet oyunlarından istifadəsi, onların sosial şəbəkədə uyğunsuz materiallara əlçatanlığı ciddi narahatlıq doğurur.
Deputat Ceyhun Məmmədov Baku TV-yə bildirib ki, internet məkanında yayılan müxtəlif oyunlar gənclərin düşüncəsinə, eləcə də təlim-tərbiyəsinə mənfi təsir göstərir:
"Müxtəlif internet oyunları və sosial şəbəkələr uşaq və yeniyetmələrdə psixoloji gərginlik yaradır. Uşaqların sosial mediadan və internetdən sərbəst istifadəsinə məhdudiyyət qoyulmalı, eyni zamanda qanunvericilikdə bir sıra ciddi dəyişikliklərin edilməsi nəzərdən keçirilməlidir. Hazırda internetdə sərbəst şəkildə əlçatan olan müəyyən oyunlar mövcuddur. Həmin oyunların ölkəmizdə istifadəsinə və əlçatanlığına son qoyulmalıdır".
Təhsil eksperti Elçin Əfəndi isə deyib ki, kriminal aləmə meyillilik, sosial platformalarda bəzi şəxslərin daha yaxşı həyat yaşadığını düşünərək onlara bənzəməyə çalışmaq gənclərin davranışlarına mənfi təsir göstərir:
"Bura həm onlayn, həm də oflayn oyunlar, xüsusilə aqressiv məzmunlu oyunlar daxildir. Şagirdlər həmin oyunlarda gördükləri mənzərəni real həyata tətbiq etməyə meyilli olurlar. Valideynlər övladlarına ağıllı telefon təqdim edərkən mütləq nəzarət funksiyasından istifadə etməlidirlər. Onlar uşaqlarının hansı məzmunlara maraq göstərdiyini izləməli və zərərli kontentlərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər".
Ekspertlər hesab edirlər ki, Avropa İttifaqı ölkələri - Böyük Britaniya, Avstraliya, İspaniya və digər ölkələrin təcrübəsinin Azərbaycanda da tətbiqinin artıq vaxtı çatıb.
Oxşar xəbərlər
Abşeronda avtobus dayanacağı palçıq içində qalıb
Abşeron rayonu, Məmmədli qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən avtobus dayanacağının vəziyyəti ciddi narahatlıq doğurur. Bu barədə məlumat BAKU.WS-in "...