Elməddin Muradlı: "Piyada vurulmada bir sürücü də salamat çıxmır"
Nəqliyyat eksperti Elməddin Muradlı açıqlaması ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, "AStar" layihəsinə danışa ekspert piyada vurulma hallarında istənilən halda həmişə sürüclərin ittiham edildiyini bildirib. O bunun heç də yaxşı hal olmadığını vurğulayıb.
"Təqribən bu təcrübəyə nəzər salaraq rast gəlməmişəm ki, hər hansı bir piyada vurulma hadisəsində məhkəmə yekun qərara gəlib desin ki, burada günah piyadanın olub, sürücü hər hansı bir məsuliyyət daşımır. Hansı iş məhkəməyə düşürsə burada mütləq hakim ona azadlıqdan məhrumetmə və yaxud da azadlığını məhdudlaşdırılması cəzası çıxmalıdır. Hakimlər sanki qarşılarına məqsəd qoyub ki, buradan bir salamat adam çıxmamalıdır" - deyə, Elməddin Muradlı qeyd edib.
Oxşar xəbərlər
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı
Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsinin sakinləri yaşayış binalarının yaxınlığında fəaliyyət göstərən qanunsuz kafe ilə bağlı şikayətçi olublar. Sakinlərin...