Elinanın məktəbi ilə bağlı Təhsil nazirindən qərar
![Elinanın məktəbi ilə bağlı Təhsil nazirindən qərar](https://baku.ws/storage/photos/uploads/thumbs/large/1568715305_1558600893_befunky-collage-1.webp)
17
sen
2019
14:19
Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb.A.Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb.Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.Hazırda həmin iş üzrə məhkəmə keçirilir.
Oxşar xəbərlər
Elinanın ölümünə səbəb olan məktəb direktoru ilə bağlı QƏRAR
Bakıda məktəblinin təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru...
![](/images/banners/placeholder_home_right_az.jpg)