Sürücülərin nəzərinə! - Bunu edənlər 60 AZN cərimələnəcək
Əlillər üçün ayrılan yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği açıqlanıb.
Bu barədə BAKU.WS -ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
"Hörmətli sürücülər, bir parklanma məntəqəsində iki nişanın yanaşı olması Sizi çaşdırmasın. Bu, qanunla yolveriləndir. Parklanma yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər mütləq qaydada nəzər alınır. Fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün xüsusi yerlər müvafiq yol nişanları ilə təchiz edilir.
Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər.Bu yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 AZN məbləğində cərimə edilir", - məlumatda deyilir.
Oxşar xəbərlər
95 yaşlı dərzinin başına gələnlər
məyi, alnının təri ilə çörək qazanır. Usta Rasim anasından xatirə qalan və 100-dən çox yaşı olan tikiş maşınını göz bəbəyi kimi qoruduğunu bildirib. Təcrübəli s...