Eldar Mansurovun məmur oğlu işdən çıxdı
27
noy
2017
10:15
"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.BAKU.WSxəbər verir ki, "Azərpoçt"dakı mənbə "APA-Economics"ə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb."Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub."Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə "APA-Economics"ə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən SƏRƏNCAM: Mərkəzi Bankın sədrinin müavini işdən çıxarıldı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.BAKU.WS xəbər verir ki, X. Abd...