Prezidentdən SƏRƏNCAM: Mərkəzi Bankın sədrinin müavini işdən çıxarıldı
12
sen
2017
10:00
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.BAKU.WS xəbər verir ki, X. Abdullayev "APA-Economics"ə eksklüziv açıqlamasında bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.BAKU.WS
Oxşar xəbərlər
Vasif Talıbov nazir müavini işdən çıxardı
Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsindən azad edilib. APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Re...