Əhd elədi, xaricdən qayıdıb Bakıdan Laçına piyada getdi
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın rayonunun Pircahan kəndindən olan Yusif Nəcəfov və həyat yoldaşı Bahar Nəcəfova Bakıdan Laçına piyada gediblər.
BAKU.WS Teleqraf.com-a istinadla xəbər verir ki, cütlük Laçın erməni işğalından azad olunarsa, doğma yurdlarına piyada getməyi əhd edibmiş.
Məlumata görə, Y.Nəcəfov Əfqanıstan və Birinci Qarabağ müharibələrinin veteranıdır. 2010-cu ildə ailəsi ilə birlikdə Avropaya köçüb. Ailəlidir, iki övladı var.
Y.Nəcəfov və B.Nəcəfova əhdini yerinə yetirmək üçün Avropadan Azərbaycana qayıdıblar. Onlar təxminən 418 kilometr məsafəni piyada qət edərək Laçına çatmağı bacarıblar.
Cütlüyün Laçına piyada yürüşü ilə bağlı videonu təqdim edirik:
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...