Əhalinin azaldığı kəndin sirləri
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında əliklilərin yaşadıqları Qubanın Əlik kəndinə səyahət olunub.
Hazırda kənddə, sadəcə 25 evdə yaşayış var. Burada əhalinin sayının azalmasının səbəbi 2011-ci ildə baş verən torpaq sürüşməsidir. Təbiət hadisəsi nəticəsində kənddə yerləşən 58 evdən 5-i tamamilə uçub, 10-dan çox ev isə qəzalı vəziyyətə düşüb.
Nəbi Sultanov da torpaq sürüşməsindən zərərçəkən sakinlərdəndir. O, bununla bağlı Baku TV-yə danışıb:
"Evimi sonradan özüm bərpa etmişəm. Əhali sürüşməyə görə rayona yaxın kəndlərə köçüb. Mən isə burada səhhətimlə bağlı qalmışam. Birinci Qarabağ müharibəsində iştirak etmişəm, ikinci qrup əliləm. Orada nevroloji travma aldığım üçün həkimlər mənə burada qalmağı məsləhət görüblər".
Kənd sakini Əmrah müəllim isə əliklilərin tarixindən bəhs edib.
"Əliklərin tarixi çox qədimdir. Onlar 26 alban tayfasından biridir. Dili ləzgi dilinə yaxındır. Burada 1941-1945-ci ildə 90 təsərrüfat sahəsi var idi. Sakinlər maldarlıq, əkinçiliklə məşğul olardılar. Torpaq sürüşməsinə görə kənddən köçən qonşularım və qohumlarım üçün çox darıxıram", - deyə o söyləyib.
Oxşar xəbərlər
AYNA daha 4 istiqamətdə şəhərlərarası və rayondaxili marşrutları üzrə müsabiqələrin qaliblərini elan edib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın şəhərlərarası, həmçinin Uzuntala kəndi–Zaqatala və Urva kəndi–Qusar avtovağzalı...