İdrak Mirzəlizadə Moskvada 10 sutkalıq həbs edildi – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın Taqansk rayon məhkəməsi Azərbaycan əsilli gülüş ustası İdrak Mirzəlizadənin 10 sutkalıq həbs olunmasıyla bağlı qərar qəbul edib.
BAKU.WS “Oxu.az”a istinadən xəbər verir ki, stendap-komik milli zəmində düşmənçilik yaratmaqda günahlandırılıb.
Məhkəmədə Mirzəlizadə onun zarafatının yanlış anlaşıldığını və buna görə üzr istədiyini bildirib.
Qeyd edək ki, həmyerlimiz “Stand-up Club № 1” layihəsinin prodüseri və bir neçə şou verilişinin aparıcısı kimi tanınır. Onun həbsinə səbəb çıxışından kəsilərək “Instagram”da paylaşılan bir fraqment olub.
Görüntülərdə komik “deyəsən ruslar nəcisi özlərinə sürtüb, sonra yatırlar”, - deyə bildirib. Məhz bu videonu Vladimir Solovyov öz verilişində nümayiş etdirərək, Mirzəlizadəni rusofob kimi təqdim edib. Hərçənd ki, Mirzəlizadə onun sözlərinin kontekstdən çıxarıldığını və bunun üçün də yalnış anlaşıldığını vurğulayıb.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...