Dövlət avtomobili satışa çıxır – 4.2 minə

Dövlət avtomobili satışa çıxır – 4.2 minə
Sosial 2727
Nazirlər Kabineti hərraca 28 minlik avtomobillər çıxarıb.BAKU.WS xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 8 may tarixində Nazirlər Kabineti və Milli Məclisin satmaq istədiyi avtomobillərlə bağlı auksion təşkil edəcək.NK hərraca özəlləşdirmə üçün iki BMV-730 markalı avtomobil təqdim edib. 2006-cı ilin avtomobillərinin ilkin start qiyməti 28.000 və 24.500 manatdır.Milli Məclisin auksionda satmaq istədiyi "Nissan Maksima” markalı avtomobili isə cəmi 4.230 manatdır.Nihat HÜSEYNZADƏBAKU.WS

Son xəbərlər