“KQB”nin istifadə etdiyi avtomobil satılır — 20 000 MANAT
09
okt
2017
23:34
Əmlak Məsələləri Dövlət komitəsi 07 noyabr 2017-ci il tarixdə hərraca 9 nəqliyyat vasitəsini çıxardacaq.BAKU.WS Ölkə.Az-a istinadən xəbər verir ki, nəqliyyat vasitələrindən 4-ü KAMAZ-dır. Kamazların ilkin start qiyməti 4500-4680 manat arasında dəyişir.Hərraca, MAZ-5549, Moskvich İJ-2715, UAZ-3303, Tofaş Şahin avtomobilləri də hərraca çıxardılacaq. Onların start qiyməti 450-1200 manat arasındadır.Həmçinin hərraca Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin QAZ minik avtomobili də satışa çıxarılacaq. 1986-cı il istehsalı olan bu avtomobil 20 min manat start qiymətilə təklif olunur. Avtomobil 183852 km məsafə qət edib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 330 min-ə avtodayanacaq satılır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 2-də növbəti hərrac baş tutacaq. BAKU.WS xəbər verir ki, hərracda 167 dövlət əmlakının özəlləşdirilməsi nəz...