Dövlət qulluğu ilə bağlı VACİB XƏBƏR

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat oktyabrın 14-ü saat 23:59-dək aparılacaq.
Mərkəzdən BAKU.WS-ə bildirilib ki, imtahan oktyabrın 24-də Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 15:00-dək imtahanda iştirak etmək üçün 1576 nəfər (BA - 413, BB - 1157) qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.
Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları ilə DİM-in saytında tanış olmaq mümkündür.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Oxşar xəbərlər
Bu gün 15 rayon və şəhərdə imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar keçirəcək. BAKU.WS xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir,...
