DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor təyin edilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Elnarə Məhəmməd qızı Ənsari Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edək ki, Elnarə Ənsari 2001-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq Əlaqələr Departamentində müxtəlif vəzifələrdə çalışıb. 2014-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin müdir müavini işləyib.
2024-cü il oktyabrın 1-dən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində direktor vəzifəsinimüvəqqəti icra edib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Oxşar xəbərlər
Qubada körpü yararsız VƏZİYYƏTDƏ: "Kəndə nə girişimiz var, nə də çıxışımız"
Son günlər yağan aramsız leysan yağışları Quba rayonunun Xanəgah kəndində fəsadlara səbəb olub. Cağacıq çayına gələn sel suları körpünü yararsız vəziyyətə salıb...