DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı azarkeşlərə MÜRACİƏT

"Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa, oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur".
BAKU.WS-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ilə bağlı bildirib.
"Bu gün baş tutacaq “Qarabağ” – “Olimpiakos” oyunu ilə əlaqədar stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir" - o, vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
