DİN-dən metroda terror olacağı iddiasına REAKSİYA

06
mar
2023
14:45
Sosial şəbəkələrdə Bakı metrosunda terror aktının törədiləcəyi barədə səs yazısı yayılıb. Səs yazısında yaxın günlərdə metroda terror aktının baş verəcəyi iddia edilib və kimliyi bəlli olmayan şəxs vətəndaşları mümkün qədər metrodan istifadə etməməyə çağırıb.
BAKU.WS xəbər verir ki, modern.az insanlar arasında təşviş yaradan səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənib.
DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, sözügedən səs yazısı araşdırılır.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
