İdman zalları niyə açılmır? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
18 maydan etibarən bəzi sahələrdə məhdudiyyətlər götürülsə də idman zalları hələ də açılmayıb.
BAKU.WS xəbər verir ki, bunun səbəbini Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov izah edib.
O qeyd edib ki, məhdudiyyətlərin tətbiq olunduğu bütün sahələrin açılması arzuolunan olsa da, hamısı eyni vaxtda açıla bilməz:
“Mütəxəssislər də bu fikirdədir ki, mərhələ şəklində karantindən çıxmaq daha effektiv ola bilər”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva da öz növbəsində qeyd edib ki, idman zallarında aktiv idmanla məşğul olunduğu üçün yaxın təmas mümkündür və bunu kafe və restoranlarla müqayisə etmək olmaz.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...