DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub

DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub
Sosial 30

Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.84%). TC altqrupunda isə göstərici 100%-dir və boş yer qalmayıb.

Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi əvvəlcədən bizə imkan verirdi ki, müsabiqə vəziyyətinin yüksək olacağını proqnoz edək, həmçinin subbakalavrların şanslarının az olacağı vurğulanmışdı. Müsabiqə nəticələrinə əsasən də, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.

II ixtisas qrupu üzrə də 97.52% olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (2319 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.

I ixtisas qrupunda plan yerləri 96.64% dolub. I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 1197 nəfər qəbul olunub.

IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 91.91% və 93.71% dolub. Bu qruplarda müvafiq olaraq 627 və 72 subbakalavr qəbul olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər