Dənizkənarı Milli Parkda əlillər üçün dayanacaq əlçatan deyil - HESABAT

Dənizkənarı Milli Parkda əlillər üçün dayanacaq əlçatan deyil - HESABAT
Sosial 91

Dənizkənarı Milli Park ərazisində yerləşən avtobus dayanacağında mövcud infrastruktur təkərli oturacaqdan istifadə edən şəxslərin ictimai nəqliyyatdan müstəqil və maneəsiz şəkildə istifadəsini təmin etmir.

BAKU.WS xəbər verir ki, bu barədə Ombudsman Aparatının əlilliyi olan şəxslər üçün keçirdiyi müyəssərliyi ilə əlaqədar monitorinq hesabatında qeyd olunub.

Hesabata əsasən, avtobus dayanacağı ilə yol səthi arasında hündür bordür daşlarının mövcud olması, həmçinin bu səviyyə fərqinin pandus və ya digər vasitə ilə aradan qaldırılmaması təkərli oturacaqdan istifadə edən şəxslərin avtobusa birbaşa və rahat şəkildə daxil olmasına maneə yaradır.

Aparılmış monitorinq zamanı müəyyən edilib ki, Dənizkənarı Milli Park və Sahil metrosunun girişi arasındakı yeraltı keçiddə quraşdırılan pandus mövcud standartlara cavab vermir, səth örtüyü isə mərmərdən istifadə olunması səbəbindən sürüşkən olduğundan təhlükəsiz istifadə üçün uyğun deyil.

Həmçinin Dövlət Kukla Teatrı yaxınlığından M.Ə.Rəsulzadə küçəsi və Ağ zanbaqlar parkına keçidi təmin edən yeraltı keçiddə sürüşməyən daşlardan istifadə edilsə də, eyni formada dik maillik olması təkərli oturacaqdan istifadə zamanı narahatlığa səbəb ola bilər.

Həmçinin vurğulanıb ki, şəxsi avtomobillə Bulvar ərazisinə gələn əlilliyi olan şəxlər üçün yeraltı parkinqin giriş-çıxışında uyğunlaşma tədbirlərinin görülməsinə ehtiyac var.

Son xəbərlər