Dənizkənarı Milli Parkda attraksionlara biletlər nağdsız ödənişlə alına biləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Dənizkənarı Milli Parkda fəaliyyətə başlayan yeni attraksionlara biletləri artıq nağdsız da almaq mümkün olacaq.
BAKUWS xəbər verir ki, bu barədə məlumatı Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva verib. O bildirib ki, biletin nağdsız satışı sistemi hazırda test mərhələsindədir və yaxın vaxtlarda tam istifadəyə veriləcək.
Əfsanə Mehdiyevanın sözlərinə görə, bu yenilik attraksionlara girişdə insan sıxlığını azaltmaq və prosesi daha rahat, şəffaf şəkildə təşkil etmək məqsədi daşıyır.
Qeyd edək ki, Dənizkənarı Milli Parkda yenilənmiş əyləncə zonasında 4 attraksion fəaliyyət göstərir və hər attraksionun qiyməti 4 manatdır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Dövlət Gömrük Komitəsinin yeganə şəhidi Ülvi Hacıyevin xatirəsi xüsusi konsert proqramı ilə yad edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhid ailələ...