Dəniz mövsümü ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ – VİDEO
17
may
2019
15:41
“Hər il olduğu kimi bu il də çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq dövlət sanitariya orqanı may ayının 6-dan Abşeron yarmadasında yerləşən çimərliklərində yoxlamalara başlayıb”.BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov AZTV-də çıxış edərkən bildirib.O, vurğulayıb ki, laboratoriya yoxlamalarına başlanılıb:“Dəniz suyundan nümunələr götürülüb. Hazırda götürülən nümunələrin analizləri aparılır. Dəniz mövsümünün bağlanış-açılış məsələsi yoxdur. Burada əsasən dəniz suyunun tempraturunun 18 dərəcəyə yaxın olması nəzərdə tutulub. Bu zaman vətəndaşlar dənizdə çimə bilərlər.Vətəndaşlar çimərliklərə gedərkən çox diqqətli olmalıdırlar. Əgər orada xilasetmə və ilkin tibbi yardım xidməti varsa ora getsinlər. Bəzən icazəsi olmayan yerlərdə çimənlər olur. Bu zaman da faciələr baş verir”.
Oxşar xəbərlər
Çimərliklərə gedənlərə xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.Milli Hidrometeorologi...