Daşkəsənə güclü qar yağıb - FOTO

Daşkəsənə güclü qar yağıb - FOTO
Sosial 697
Daşkəsənə gözlənilmədən güclü qar yağıb.Uzun müddətdir, mülayim hava şəraiti müşahidə olunan Daşkəsənə qəfildən qar düşüb. Gecə və səhər yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də daha yüksəklikdə yerləşən Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb.Qarın kəndlərarası yollarda, o cümlədən yen inşa olunan 25 kilometrlik Daşkəsən-Qabaqtəpə-Əmirvar avtomobil xəttində hərəkətə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün yerli yol idarəsi tərəfindən 2 ədəd avtoqreyder, 2 ədəd buldozer, 1 ədəd ekskavator və digər texniki və nəqliyyat avadanlığı sahələrə çıxarılıb.Rayonun yol istismarı strukturları işlərini qarşıdakı günlər üçün havaproqnozlarını nəzərə almaqla quracaq. (APA)BAKU.WS
Daşkəsənə güclü qar yağıb - FOTO
Daşkəsənə güclü qar yağıb - FOTO
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Güclü külək Daşkəsəndə 80-dən artıq binanın dam örtüyünü uçurub - FOTO

Güclü külək Daşkəsəndə 80-dən artıq binanın dam örtüyünü uçurub - FOTO

Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üçün komissiya yaradılıb.Martın 24-də saat 15.00 radələrində Daşkəsən rayonu əraz...

2331 Hadisə 10:58 25 mart 2018

Son xəbərlər