Daha bir qurumun əməkdaşlarının maaşları 20 faiz ARTIRILDI
05
apr
2022
10:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb.
BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, artım barədə qərar ötən ay verilsə də, yanvar, fevral aylarına da şamil edilib.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, əməkhaqları 20 faiz artırılıb:
“Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...