Daha bir direktor işdən çıxarıldı

Daha bir direktor işdən çıxarıldı
Sosial 3098
 

Bakıda yerləşən 103 nömrəli orta məktəbin direktoru Yusif Alməmmədovun vəzifəsindən uzaqlaşdırılması barədə xəbər yayılıb.

BAKU.WS modern.az-a istinadən xəbər verir ki, direktor çalışdığı məktəbdən qalmaqalla çıxarılıb. Hal-hazırda məktəbin direktoru vəzifəsini isə xanım müavin əvəz edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələ ilə bağlı saytın sorğusuna cavab verilib.

"Bakı şəhərindəki 103 nömrəli tam orta məktəbin direktoru Alməmmədov Yusif Qurban oğlu ərizə ilə müraciət edərək, tutduğu vəzifədən azad olunmasını xahiş edib. Hazırda qeyd olunan məktəbin direktor müavinlərinin hər hansı biri ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar heç bir əmr verilməyib".

BAKU.WS

Son xəbərlər