İcra başçıları bir aylıq maaşlarını koronavirusla mübarizə tədbirlərinə bağışladı

İcra başçıları bir aylıq maaşlarını koronavirusla mübarizə tədbirlərinə bağışladı
Sosial 874

Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları 1 aylıq vəzifə maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

Bu barədə BAKU.WS-ə bölgə müxbirinə Gəncə şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Verilən məlumata görə Gəncə Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin, Kəpəz Rayon İcra Hakimiyyətinin başçıları və icra hakimiyyətlərinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, 1 aylıq vəzifə maaşlarını dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər