Çingiz Abdullayev: Hər kəs ana dilində oxumalı və danışmalıdır

Çingiz Abdullayev: Hər kəs ana dilində oxumalı və danışmalıdır
Sosial 1844
"İnanmıram ki, kimsə Azərbaycanda, xüsusilə orta məktəblərdə təhsilin ana dilində, dövlət dilində olması fikri, mövqeyi ilə razı olmasın. Mən şəxsən inanmıram ki, kimsə buna etiraz etsin və ya onu başqa səmtə yozsun". BAKU.WS-in məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Xalq yazıçısı, Yazıçılar Birliyinin (AYB) katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev dilə gətirib.Onun sözlərinə görə, Azərbaycanın rəsmi dövlət dili Azərbaycan dilidir və ilkin təhsil, tədris də məhz bu dildə olmalıdır:“Kimsə bunun əleyhinə çıxa bilməz və çıxmamalıdır. Düşünmürəm ki, kimsə əks mövqedə olsun. Dövlət varsa, onun rəsmi dövlət dilində danışılmalı, təhsil bu dildə olmalıdır. Burada ikinci mövqe ola bilməz.Bununla belə, kim istəyirsə, başqa dilləri öyrənə, mənimsəyə bilər, burada problem olmamalıdır və əslində, yoxdur”.Xalq yazıçısı mühüm bir məqama diqqət çəkərək bildirib ki, bu gün bütün sənədləşmələr, bütün yazışmalar, insanlarla bağlı olan bütün sənədlər, aktlar dövlət dili olan Azərbaycan dilindədir:“Əgər hansısa şəxs, hansısa insan Azərbaycan dilini, öz ana dilini bilməsə, o, sənədləri necə oxuyacaq, onu necə başa düşəcək, mənimsəyəcək? Bunun üçün məhz ana dilini bilməsi, ana dilində təhsil alması lazımdır. Bu məsələdə heç bir problem yoxdur və ola bilməz. Yenə də inanmaq istəmirəm ki, kimsə buna etiraz etsin. Ancaq bununla belə, başqa dilləri öyrənmək, o dillər də danışmaq da hər kəsin hüququdur.Nə qədər xarici dil bilənlərimiz çox olsa, o qədər yaxşıdır”, - deyə, Ç.Abdullayev əlavə edib.BAKU.WS

Son xəbərlər