Çimərliklər qarpız qabığı və pampersdən təmizləndi (FOTO)

Çimərliklər qarpız qabığı və pampersdən təmizləndi (FOTO)
Sosial 999

 

Bir qrup azərbaycanlı gənc nümunəvi addım atıb.

BAKU.WS-in məlumatına görə, gənclər dəniz qırağına yollanaraq çimərlikləri təmizləyiblər. Gənc fəallar yerə atılan zibil paketlərini saatlarla təmizlədiklərini deyiblər.

Çimərliklərdə yığılan zibillər arasında butulkalar, torbalar, pamperslər, şprislər, kolqotkalar və s. müxtəlif əşyalar olub. Gənclərin sözlərinə görə, insanlar çimərlikləri zibilləməyə bir növ vərdiş ediblər.

Əslində maarifləndirmə və təbliğat gələcəkdə istirahət üçün dənizkənarına gələn vətəndaşları daha diqqətli olmağa məcbur edəcək. Yəni, insanlar artıq qarpız qabığını quma basdırmaq əvəzinə torbaya qoyaraq və zibilliyə atacaq. 

 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər