“Cəhənnəm dibi”ndə tikilən bina - FOTOLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada Pentaqon binası qədər müəmmalı və sirli bina tapmaq çətin ki, mümkün olsun.
Bu bina barədə bəzi məlumatları diqqətinizə çatdırırıq.
Təxminən 1940-cı ildə ABŞ administrasiyasının Müdafiə Nazirliyini bir binada yerləşdirmək kimi fikri formalaşdı. Bu, Kolumbiya dairəsi üzrə səpələnmiş 17 ayrı-ayrı binada işləyən 26 min əməkdaşın bir dam altında birləşməsi demək idi. Bundan əlavə texniki tapşırığa əsasən, gələcəkdə binada eyni zamanda 40 min nəfər yerləşməli idi. Avropada İkinci Dünya müharibəsi getdikcə geniş xarakter alırdı. ABŞ hər an müharibəyə qoşula bilərdi. Belə vəziyyətdə bu cür ideyanın ortaya çıxması bir qədər məntiqsiz görünürdü. Hətta "Coca-Cola” şirkətinin içki reseptini bilən top-menecerləri bir təyyarədə uçmur. Buna baxmayaraq memarlar prezidentin sözlərindən dərhal sonra tikinti üçün ərazi axtarışına başladılar. Memarlar Vaşinqton ətrafındakı Arlinqtonda bir zamanlar qəsb edilən əraziyə baxış keçirdilər. Onları ən çox cəlb edən torpaq sahəsi ətrafındakı yollardan bəzilərinin 108 dərəcəlik bucaq altında kəsişməsi idi. Bu bərabərtərəfli beşbucağı yunanlar "pentaqon” adlandırıblar.
Bina mərkəzdə 10 dəhlizlə kəsişir, dəhlizlər mərkəzdən uzanan beş beşbucaqlını birləşdirir. ABŞ hərbi idarəsi əməkdaşı belə bir yolla perimentr boyunca yeddi dəqiqədən artıq olmayan vaxt sərf etməklə binanın istənilən nöqtəsinə gedə bilər.
Bina tikintisini 1941-ci il sentyabrın 11-də başlamaq və 1943-cü il yanvarın 15-də yekunlaşdırmaq planlaşdırılırdı.
Maraqlı fakt: binanın tikintisinə 1941-ci il sentyabrın 11-də başlanılıb, 2001-ci il sentyabrın 11-də "Boeing 757-200” təyyarəsinin hücumuna məruz qalıb (11 sentyabr terror aktları), 2002-ci il sentyabrın 11-də bütün Pentaqon ərazisi yenidən istismara verilib. Ən başlıca təkmilləşdirmələrdən biri pəncərələrin zirehli pəncərələrlə tam dəyişdirilməsidir. Binanın xarici divarları möhkəmləndirilib və partlayışa davamlı vəziyyətə gətirilib. Metro stansiyalarına aparan liftlər bağlanıb, ümumi təhlükəsizlik qaydaları nəzərəçarpacaq dərəcədə yüksəldilib.
2001-ci il sentyabrın 11-də rəsmi məlumatlara əsasən, saat 9:37:46-da təyyarə Pentaqonun sol qanadına çırpılıb. Orada Hərbi Dəniz Qüvvələri komandanlığı yerləşib. Binanın bir hissəsi dağılıb və ciddi zədələnib. Maraqlıdır ki, zərbə anında Pentaqonun məhz bu qanadı yenidən planlaşdırmadan keçib və əməkdaşların əksəriyyəti digər kabinetlərə köçürülüb.
491 günə tikilən Pentaqon barədə faktlar:
Tikinti zamanı binadan ABŞ Müdafiə Nazirliyi mənzil qərargahı kimi istifadə edilməsi nəzərdə tutulmurdu.
ABŞ prezidenti Franklin Ruzvelt heç vaxt Pentaqon binasından Müdafiə Nazirliyi mənzil-qərargahı kimi istifadə etməyi planlaşdırmayıb. Ölkə prezidenti 1930-cu illərdə hərbi və dəniz departamentləri üçün başqa bina tikintisini sifariş verib, lakin bina tezliklə belə miqyaslar üçün olduqca kiçik görünüb. Məhz o zaman 40 min əməkdaş və 10 min nəqliyyat vasitəsinin yerləşdirilməsi üçün yeni bina tikmək barədə əmr verilib. Hazırda köhnə hərbi departament binasında Dövlət Departamenti yerləşdirilib.
Pentaqon binasının sahəsi Empayr-steyt-bildinqdən böyükdür.
Pentaqonun ümumi ofis sahəsi 473 min 805 kv.metrdir, bu Nyu-Yorkdakı Empayr-steyt-bildinqdən təxminən iki dəfə artıqdır.
Pentaqon "Cəhənnəm dibi”ndə tikilib.
Pentaqon "Cəhənnəm dibi” adlı kasıb "qara” məhəllənin yerində tikilib. Burada vətəndaş müharibəsindən sonra keçmiş qullar məskunlaşıb.
Pentaqon soyuq müharibə zamanı "Episentr” ləqəbi alıb.
11 sentyabr terror aktı nəticəsində əkiz qüllələrin "Ground Zero” adlandırılmasından xeyli əvvəl Pentaqon eyni adla adlandırılıb.
Ehtimala əsasən, SSRİ ilə nüvə müharibəsi başlayacağı təqdirdə ilk raket zərbələri Pentaqona endiriləcəkdi.
17,5 mil
Pentaqon üzrə gəzintinin özü bir neçə kq arıqlamaq üçün əla üsuldur. Pentaqondakı dəhlizlərin uzunluğu 17,5 mildir (28 km). Həqiqətdə bu bina labirintdir. Deyilənlərə görə, general Eyzenhauer bir dəfə kabinetini axtararkən azıb.
Pentaqon 1943-cü ildə qapılarını açdığı zamandan bəri cəmi bir dəfə renovasiyadan (strukturun təkmilləşdirilməsi) keçib. Bu prosesə 17 il vaxt sərf edilib və 2011-ci ildə başa çatıb. Ümumilikdə 4,5 milyard dollar sərf edilib.
Cəmi beş mərtəbə hündürlüyündədir.
Pentaqon cəmi beş mərtəbədən ibarətdir. Buna səbəb İkinci Dünya müharibəsi üçün polada qənaət etmək idi. Belə ki, bina tikintisində poladdan geniş istifadə edilib. Bundan başqa dizaynerlər Potomak çayı vasitəsilə Kapitoli binasına açılan mənzərəni korlamaq istəmirdilər.
Liftsiz
Pentaqonda lift yoxdur. Mərtəbələr arasında hərəkət pilləkan vasitəsilə həyata keçirilir. Bu da İkinci Dünya müharibəsində polada qənaətlə əlaqəlidir.
Tikinti rekord vaxtda başa çatdırılıb.
Pentaqon böyük olduğundan tikintisinin tez bir zamanda başa çatdırıldığına inanmaq çətindir. Onun tikintisinə general Lesli R.Qrouvs rəhbərlik edib və tapşırığın öhdəsindən cəmi iki ilə gəlib.
Binada çoxlu sayda ayaqyolu var
Hazırda Pentaqondakı ayaqyolularının sayı lazım olandan iki dəfə çoxdur. Səbəb isə seqreqasiya (ABŞ-da: zəncilərin ağlarla bir evdə, hətta şəhərin bir hissəsində yaşamalarına, onların olduğu yerə gəlmələrinə icazə verilməməsindən və s. ibarət irqçilik siyasəti) zamanı tikilməsidir. Ağ və qara dərili əməkdaşlar üçün sanitar qovşaqlar ayrı idi./Interaztv/
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev hərbçilərə yaradılan şəraitlə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada...