Türkiyədə 5 mərtəbəli bina çökdü (VİDEO)

Türkiyədə 5 mərtəbəli bina çökdü (VİDEO)
Video
Hadisə 1592

 

Türkiyənin İstanbul şəhərində 5 mərtəbəli bina uçub.

BAKU.WS-in məlumatına görə, hadisə Beyoğlu İstiqlal Caddesi yaxınlığında 5 mərtəbəli binada qeydə alınıb. Hadisə yerinə çox sayda xilasedici dəstə və təcili tibbi yardım briqadası göndərilib. Hazırda binanın qalıqları altında insan olub olmadığı araşdırılır.

Bir hadisə şahidi binanın çökdüyü anı belə xatırlayır: "Binadan səslər gəldiyini eşitdim və qapının qarşısındakı insanlara qışqırdım. Bina boşaldıldıqdan sonra çökmə oldu".

5 mərtəbəli binanın ən alt mərtəbəsində çayxana, üst mərtəbələrində isə pansiyon var idi. İstanbul valisi Vasip Şahin çökən binanın qalıqları altında insanların olmadığını açıqlayıb. 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda yaşayış binasında yanğını belə söndürdülər (VİDEO)

Bakıda yaşayış binasında yanğını belə söndürdülər (VİDEO)

Bakının Nəsimi rayonu ərazisində 5 mərtəbəli binada yanğın olub. BAKU.WS-in məlumatına görə, hadisə "28 may” yaxınlığında, 23 saylı orta məktəbin yanındakı yaş...

1190 Hadisə 09:41 27 yanvar 2016

Son xəbərlər