Çimərlikdə istirahət üçün nə qədər xərc lazımdır? - QİYMƏTLƏR - VİDEO

Çimərlikdə istirahət üçün nə qədər xərc lazımdır?  - QİYMƏTLƏR - VİDEO
Video
Sosial 829

Ölkədə rəsmi olaraq çimərlik mövsümü başlamasa da dəniz kənarına üz tutanlar kifayət qədərdir.

Əksər istirahət mərkəzlərində olduğu kimi dənizə üz tutanlar müəyyən qədər xərc çəkməli olurlar. Çimərliklərə giriş pulsuz olsa da xidmətlərdən yararlanmaq üçün ödəniş etmək lazım olur.

Bu yay çimərlik qiymətləri necədir?

Hazırda Mərdəkan çimərliyində çətirlərin qiyməti 10-15 manat aralığında dəyişir. Masa və stullar da qiymətə daxildir. Həftəsonu dənizə yaxın cərgərlərdə qiymətlər 5 manat bahalaşır.

Bəzi xərclərə qənaət etmək mümkündür. Belə ki, söhbətgahlar 15-20, şezlonqlar 3-5 manat aralığındadır.

Novxanı çimərliyində də qiymətlər təxminən eynidir. Masalar 10 manat, "lejanka"lar isə 5 manatdır.

Hazırki qiymətləri nəzərə alsaq çimərlikdə istirahət üçün minimum 50 AZN ayrılmalıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər