Çaylarda suyun səviyyəsi artıb
İyunun 26-sı saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qaraçayda suyun səviyyəsi 13 sm, Katexçayda 12 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 27 sm, Əsrikçayda 8 sm, Şəmkirçayda 4 sm artıb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev BAKU.WS-ə bildirib ki, iyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan və Şəki rayonu ərazisindən axan Kişçaydan sel keçib və hazırda davam edir:
"Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".
Oxşar xəbərlər
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq edilib
Yağıntılarla əlaqədar iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək çaylarda sululuğun artacağı gözlənilir. BAKU.WS xəbər verir ki,...