Çanaqqala zəfərinin 110-cu ildönümüdür
Bu gün Türkiyənin Çanaqqala zəfərinin 110-cu ildönümüdür.
Birinci Dünya müharibəsində "Üçlər İttifaq" tərəfində döyüşə girən Osmanlı imperiyası Çanaqqala cəbhəsində mübarizə aparıb.
Türkiyə tarixinin dönüş nöqtələrindən biri olan Çanaqqala müharibəsi 19 fevral 1915-ci ildə Çanaqqala boğazında (Dardanel) dəniz döyüşü ilə başlayıb. 325 gün davam edən döyüşlər 1916-cı il yanvarın 9-da türk ordusunun qələbəsi ilə başa çatdı.
1915-ci il martın 18-də Çanaqqalada əldə edilən dəniz zəfəri Türkiyənin gələcəyi üçün dönüş nöqtəsi olub.
Qeyd edək ki, Osmanlı arxivlərində Qafqaz cəbhəsindən Çanaqqala döyüşündə vuruşan Azərbaycan könüllüləri ilə bağlı bir çox sənədlər var.
Oxşar xəbərlər
Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində piyada zonaların...