Bunları etmədən sürücülük vəsiqəsini dəyişə bilməzsiniz – VİDEO
19
dek
2017
22:34
Avtomobillərin qeydiyyatı və təkrar qeydiyyatı, onların texniki baxışdan keçirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı sürücülərdən cərimələrinin ödənilməsi tələb ediləcək. BAKU.WS-in Xəzər TV-yə istinadən xəbərinə görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, dəyişiklikləri bir neçə aspektdən qiymətləndirmək lazımdır. Əvvəla, ilkin və təkrar qeydiyyat zamanı cərimələrin ödənilməsini tələb etmək müsbət haldır. Ekspertin sözlərinə görə, xüsusilə sürücülük vəsiqələri dəyişdirilərkən cərimələrin ödənilməsi tələbi sürücülər üçün sürpriz yarada bilər. Sənədləşmə işlərində problem yaşamaq istəməyən sürücülərin davamlı olaraq cərimələrinin olub-olmadığını yoxlamaları tövsiyə edilir. BAKU.WS
Oxşar xəbərlər
Sürücülər bundan sonra cəriməni ödəməsələr... - QANUN SƏRTLƏŞDİRİLİR
Bu gün Milli Məclisdə "Yol hərəkəti haqqında" Qanuna maraqlı dəyişikliklər ediləcək.BAKU.WS-in məlumatına görə, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook...