Dənizkənarı Milli Parkda elektrik mühərrikli retro üslublu faytonlarla gəzintilər təşkil olunur

Dənizkənarı Milli Parkda elektrik mühərrikli retro üslublu faytonlarla gəzintilər təşkil olunur
Video
Sosial 99

Dənizkənarı Milli Parkda Bakının tarixi fayton ənənələrini müasir yanaşma ilə yaşadan elektrik mühərrikli retro üslublu faytonlar ziyarətçilərin istifadəsinə verilib.

BAKU.WS xəbər verir ki, klassik fayton görünüşünü müasir elektrik mühərriki ilə birləşdirən bu nəqliyyat vasitələri Bulvar ərazisində xüsusi tarixi marşrut üzrə hərəkət edir.

Marşrut Dənizkənarı Milli Parkın tarixi və simvolik məkanlarını əhatə etdiyindən ziyarətçilər gəzinti zamanı Bulvarın zəngin tarixini və görməli məkanlarını fərqli rakursdan seyr etmək imkanı əldə edirlər. Layihə şəhərin tarixi irsini müasir texnologiyalarla uzlaşdıraraq nostalji ab-havanı müasir rahatlıqla bir araya gətirir.

Layihə çərçivəsində Dənizkənarı Bulvar İdarəsinin ixtisaslaşmış bələdçiləri tərəfindən yerli sakinlərə və xarici turistlərə Bulvarın tarixi, memarlıq irsi və görməli məkanları haqqında ətraflı məlumat təqdim olunur.

Elektrik mühərrikli faytonların istifadəyə verilməsi Dənizkənarı Milli Parkda göstərilən xidmətlərin genişləndirilməsi, eyni zamanda ekoloji cəhətdən dayanıqlı və müasir şəhər mühitinin təşviqi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Elektrik mühərrikli faytonla gəzintinin qiyməti 40 manat təşkil edir və 4 böyük və 2 uşaq olmaqla ümumilikdə 6 sərnişin daxildir. Gəzinti zamanı zoyarətçilərə xüsusi retro qəzet formatında hazırlanan foto hədiyyə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər