Əbülfəz Qarayev Emin Ağalarova Azərbaycanın Xalq Artisti fəxri adını təqdim edib- FOTOLAR

Əbülfəz Qarayev Emin Ağalarova Azərbaycanın Xalq Artisti fəxri adını təqdim edib- FOTOLAR
Sosial 5153
Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanını təqdim edib.BAKU.WS xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Emin Ağalarovun Xalq Artisti fəxri adı ilə təltif edildiyini xatırladıb. Nazir deyib ki, Emin Ağalarov Azərbaycanın mədəniyyətini təkcə postsovet məkanında deyil, bütün dünyada uğurla təmsil edir. Onun ölkəmiz üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir. “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılığında Eminin gördüyü işlər göz qabağındadır.Əbülfəs Qarayev Emin Ağalarovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Xalq Artisti fəxri adının vəsiqəsini və döş nişanını tanınmış müğənni və bəstəkara təqdim edib.BAKU.WS

Oxşar xəbərlər

Leyla və Emin “Jara-2018”in ikinci günü qırmızı xalıda - Video

Leyla və Emin “Jara-2018”in ikinci günü qırmızı xalıda - Video

Bakının "Sea Breeze Resort” istirahət mərkəzində "Jara-2018”in həyəcanlı anları yaşanır. İyulun 27-də -"Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci günündə...

4909 Şou-biznes 22:37 27 iyul 2018

Son xəbərlər