İlham Əliyev sərəncam imzaladı
22
may
2018
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Yusif Vilayət oğlu Eyvazova "Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncamda Y. Eyvazovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə fəxri ada layiq görüldüyü qeyd olunub.Dövlət başçısının digər sərəncamına əsasən, Anna Yuryevna Netrebko Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə "Dostluq” ordeni ilə təltif edilib.Qeyd edək ki, Rusiyada yaşayıb-fəaliyyət göstərən opera müğənnisi Yusif Eyvazov 2015-ci ilin dekabrında Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.BAKU.WS
Oxşar xəbərlər
Prezident musiqiçiyə “Xalq artisti” adı verdi
Prezident İlham Əliyev Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in xəbərinə görə, sərəncamda Y. Eyvazo...