Azərbaycanlı müğənninin arvadı “Qremmi”yə namizəddir

Azərbaycanlı müğənninin arvadı “Qremmi”yə namizəddir
Şou-biznes 946

Məşhur azərbaycanlı opera müğənnisi Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın xalq artisti Anna Netrebko "Qremmi” mükafatının "Ən yaxşı klassik solo vokal albom” nominasiyasına namizəddir.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, A. Netrebko "Verismo" albomu (dirijor Antonio Pappano, Yusif Eyvazov, orkest "Dell Accademia Nazionale Di Santa Cecilia") ilə bu ad uğrunda mübarizə aparacaq.

Mükafatlandırma mərasimi 2017-ci il fevralın 12-də keçiriləcək.

Qeyd edək ki, 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı Yusif Eyvazov 2015-ci ilin dekabrında ailə qurublar. A.Netrebkonun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər