Bugünkü iməcilikdə Bakının 556 küçəsi yuyuldu
Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 556 əsas küçə və prospektləri bitki və canlılar üçün ziyansız yuyucu maddələrlə yuyulub. İməcilik zamanı istifadə edilən yuyucu maddələr xarici ölkələrdə də geniş tətbiq olunur və heç bir təhlükəsi yoxdur.
Eyni zamanda, paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə BŞİH və rayon icra hakimiyyətlərinin (RİH) birgə təşkilatçılığı ilə bu gün axşam saat 19:00-dan sakinlərimizin və şəhərin qonaqlarının sevimli istirahət məkanları olan Xətai rayonundakı Nizami Gəncəvi parkında, Nərimanov rayonunda "Gənclik" metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
Şəkinin Baş Zəyzid kəndində diqqətçəkən qəbiristanlıq
Şəki rayonunun Baş Zəyzid kəndində yerləşən qəbiristanlıq səliqəsi ilə diqqət çəkir. Baku TV-nin məlumatına görə, 5 mindən artıq sakini olan kənddə 6 il əvvəl s...