Bu sürücülərə yol polisi saxlamadan cərimə yazılacaq — Radara düşəcəksiniz
11
sen
2017
09:21
İki ay əvvəl icbari sığortası olmayan nəqliyyat vasitələrinin sürücülərinə elektron protokol tətbiq edilməsinə başlanmışdı. Artıq bir neçə gündür ki, təhlükəsizlik kəmərini taxmayan sürücülər də kameralar vasitəsilə aşkar olunaracaq elektron prtokolla cəzalandırılır.Artıq bir neçə sürücüyə bu tip elektron protokollar və ya protokol barədə SMS vasitəsilə bildirişlər gəlməyə başlayıb. Avtosfer.az-a müraciət edən Kənan adlı sürücü bildirib ki, dünən ona belə bir SMS gəlib. SMS-də sürücünün İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələbini pozduğu üçün MMX protokol tərtib edildiyi qeyd olunur.BAKU.WS xəbər verir ki, avtosfer.az-ın bir neçə sürücü arasında keçirdiyi sorğudan da məlum olub ki, həqiqətən də son günlər bu tip SMS-lər göndərilir.Qeyd edək ki, kəmər taxmayanların elektron protokolla cərimə edilməsi yenilik deyil və qanunsuz sayılmır. Belə ki, ötən ilin martında qəbul edilən yeni İnzibati Xətalar Məcəlləsində bu məsələ aydın şəkildə əksini tapıb. Həmin maddəni olduğu kimi təqdim edirik:Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə edilir.329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə 40 manat məbləğində cərimə edilir.329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 30 manat məbləğində cərimə edilir.Qeyd: Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs bu Məcəllənin 122 və 123-cü maddələrində müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.Bu o deməkdir ki, sürücü təhlükəsizlik kəmərini taxmadan avtomobil idarə edirsə kamera vasitəsilə dayanmadan, yəni ard-arda bir neçə kameranın yanından keçərkən hər dəfə cərimə oluna bilməz. Lakin kamera çəkib elektron prtokol tərtib edilməklə yanaşı sürücünü yolda xidmət aparan inspektor da saxlayıb cərimə yaza bilər.Odur ki, sükan arxasına əyləşən kimi təhlükəsizlik kəmərini taxmağı unutmayın. Kəməri cərimədən yaxa qurtarmaq üçün yox, özünüzün və sevdiklərinizin təhlükəsizliyini qorumaq üçün taxın...BAKU.WS
Oxşar xəbərlər
Vaqif Əsədovdan sürücülərə sərt xəbərdarlıq: "Heç kimə güzəşt olmayacaq"
Avtomobilinin icbari sığortası olmayan sürücülər bu gündən cərimələnəcəklər. DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov BAKU.WS-ə...