Vaqif Əsədovdan sürücülərə sərt xəbərdarlıq: "Heç kimə güzəşt olmayacaq"
Avtomobilinin icbari sığortası olmayan sürücülər bu gündən cərimələnəcəklər.
DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, heç bir sürücüyə güzəşt olmayacaq:
"Niyə güzəşt olmalıdır ki? Bu qanundur! Hər bir sürücü avtomobilini sığorta etməlidir ki, polis ilə arasında problem olmasın. Əslində bu gecikmiş qərar idi. Sadəcə texniki səbəblərdən bu günə kimi gəlib çıxıb. Bu məsələ ötən il həll olmalıydı”.
Ötən ilki qaydalara görə, MMX-yə (radara) düşən icbari sığortası olmayan sürücülər bir dəfə cəzalanırdı. Vaqif Əsədov qeyd edib ki, bu gündən artıq texniki aparatların sayəsində hər dəfə sığortası olmayan sürücü cəzalanacaq.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən fiziki şəxslər əlli (50 AZN) , vəzifəli şəxslər yüz (100 AZN), hüquqi şəxslər isə üç yüz manat (300 AZN) məbləğində cərimə olunacaq.
Həmin Məcəllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinı nəzərə alaraq, DİN Baş DYP İdarəsi avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, 07.06.2017-ci il tarixdən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılacaq.
BAKU.WS
Oxşar xəbərlər
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - Bunu etməsəniz cərimələnəcəksiniz
Avtomobilinin icbarı sığortası olmayan sürücülər iyunun 7-dən cərimələnəcək. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı hələ 1 həftə əvvəl...