Bu şüşələrə vurulan plyonkaya görə 150 manat cərimə yazılacaq - FOTO

Avtomobilin alın və qabaq yan şüşələrinə vurulan plyonkalar bu gündən etibarən sökülməyə başlayacaq və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücülər 150 manat məbləğində cərimə olunacaq.
BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, sürücünün kürəyindən arxada qalan şüşələrə (arxa yan şüşələrə) vurulan plyonkalara görə cərimə yazılmayacaq.
Alın və qabaq yan şüşələrə plyonkanın vurulması həm qanunvericiliklə qadağandır, həm də təhlükəlidir.
Çünki sutkanın qaranlıq vaxtı avtomobildən bayır hissə məhdud görünür.
Bu isə yol nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır.
Oxşar xəbərlər
Bu gün sonuncu gündür! Sabahdan sürücüləri 150 manat cərimə gözləyir
Sabahdan avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.BAKU.WS-in məlumatına görə, "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əl...
