Bu şəxslərə işğaldan azad edilmiş ərazilərə səfər üçün İCAZƏ avtomatik verilir
Bu gündən Azərbaycan vətəndaşları "biletim.az" portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu funksionallığın təmin edilməsi qurum və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.
"Biletim.az" portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.
Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur.
Oxşar xəbərlər
Bu marşrut üzrə avtobuslar YENİLƏNİR
Metronun "20 Yanvar" stansiyasını Xocəsən qəsəbəsi ilə əlaqələndirən 102 nömrəli və Bahar qəsəbəsini metronun "Qara Qarayev" stansiyası ilə əlaqələndirən 191 nö...