Bu sahədə çalışanlara şad xəbər: maaşlar artırıla bilər
15
may
2019
15:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Psixoloqların əməkhaqlarının artırılması üçün diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur.BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.Müəllimlər üçün belə qiymətləndirmənin artıq keçirildiyini deyən nazir müavini bildirib ki, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planı hazırlanır:"Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var".
Oxşar xəbərlər
Abel Məhərrəmovun yerinə təyin olunan nazir müavini vəzifəsinin icrasına başladı
Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.Bu barədə BAKU.WS-ə BDU-nun Mətbuat və informasiya ş...