Bu rayonun 17 kəndində qaz təchizatı dayandırılacaq

Sabah Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə xəbər istinadən verir.
Bildirilib ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE "Ulacalı-Qaragüney" orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır.
Bu məqsədlə iyunun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
Bu XƏSTƏLİYİN diaqnostika və stasionar müalicəsi icbari tibbi SIĞORTA hesabına qarşılanır
Qızılca, əsasən uşaqlarda rast gəlinən, yüksək infeksion xüsusiyyətə malik, virus mənşəli xəstəlikdir. Qızılca virusu, hava damcı yolu ilə yayılaraq, bədənin mü...
