Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq

Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq
Sosial 30

Culfa Rayon İcra Hakimiyyəti rayon ərazisində yeni uşaq əyləncə sahələri yaradacaq.

BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində Culfa şəhərində 6, Yaycı, Ərəzin və Bənəniyar kəndlərinin hər birində isə 1 olmaqla ümumilikdə 9 yeni uşaq oyun meydançası quraşdırılacaq.

Hər oyun meydançasında iki qülləli uşaq oyun kompleksi, ikili yelləncək, tahterevalli və təhlükəsizliyi təmin etmək üçün minimum 5 santimetr qalınlığında narın qum örtüyü olacaq.

Bu layihənin həyata keçirilməsi rayonun həm şəhər, həm də kənd yaşayış məntəqələrində uşaqlar üçün təhlükəsiz və müasir istirahət məkanlarının sayını artıracaq. Yeni oyun meydançaları uşaqların fiziki inkişafına, açıq havada daha çox vaxt keçirməsinə və sağlam həyat tərzinin təşviqinə töhfə verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər