Bu rayonda yaşayış binaları əsaslı təmir olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda bir sıra çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, təmir işlərini Masallı Rayon İcra Hakimiyyəti həyata keçirəcək.
Layihənin ehtimal olunan dəyəri 336 min manat təşkil edir. İşlər çərçivəsində şəhərin müxtəlif ünvanlarında (Qarabağ küçəsi 24, H. Əliyev prospekti 46, Xətai küçəsi 8, Zərifə Əliyeva küçəsi 4, Cəfər Cabbarlı küçəsi 31 və digər ünvanlarda) yerləşən yaşayış binalarında bloklar, zirzəmilər və mühəndis-kommunikasiya xətləri yenilənəcək.
Qeyd edək ki, layihənin əsas məqsədi binaların texniki vəziyyətini yaxşılaşdırmaq, sakinlərin təhlükəsizliyini artırmaq və yaşayış şəraitini daha komfortlu etməkdir.
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
Alyona Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib. BAKU.W...